Salam. Əvvəlki həftələrdə ADPU-da keçirilən sınaqlarda üzərində fiziki şəxsiyyət vəsiqəsi olmayanlar myGov tətbiqini və imtahana buraxılış vərəqəsini göstərərək imtahana daxil ola bilirdilər. Mən də buna arxayın olaraq bu gün şəxsiyyət vəsiqəmi götürməmişdim. Lakin bu gün mənimlə yanaşı təqribi 20-30 nəfər tələbə "myGov keçərli deyil" deyilərək imtahan zalına buraxılmadı.
İlk olaraq... Davamını oxu

İlk olaraq onu deməy istəyirəm ki, belə bir dəyişiklik var idisə, əvvəlcədən deyərdilər, məlumatlı olardıq. Bundan əlavə olaraq, şəxsiyyət vəsiqəsi olmayanda sürücülük vəsiqəsi və ya xarici pasport göstərə bilərmişik. Mənə çatmayan odur ki, bu sənədlər niyə vəsiqənin əvəzedicisi kimi görünür ki? Onlar tanınırsa, tələbə bileti də tanınmalıdır da. Həmçinin myGov elektron hökumət portalının proqramıdır, imtahana giriş üçün təsdiqlənmiş bir giriş metodu olmalıdır. Sürücülük vəsiqəsi hara, myGov hara?
Bundan əlavə onu da demək istəyirəm ki, onsuz da biz imtahan biletimizi tətbiqdən alırıq. Normal olaraq buradan göstərib daxil olmalıyıq. Əgər sınaqlar mükafatlıdır deyə daha ciddi rejimdə keçirilməlidirsə və bu tədbir başqalarının bizim yerimizə imtahana daxil olmasının qarşısını almaq üçündürsə, o zaman imtahan vərəqinə QR kod əlavə edərək vəsiqələrimizi oraya avtomatik yükləmək və o cür verifikasiya etmək olar.
Bildiyiniz kimi, qeydiyyatdan keçib imtahanda iştirak etmədikdə növbəti sınaq üçün 5 manat cərimə tətbiq olunur. Biz imtahana vaxtında gəlmişdik və öz istəyimizlə deyil, məlumatlandırılmadığımız bir qayda dəyişikliyinə görə zala buraxılmadıq. Ümid edirəm ki, tam olaraq bizim günahımız olmayan bu səbəbə görə növbəti sınağımız ödənişli olmaz və bizə 5 manat cərimə tətbiq edilməz. Deyəcəklərim bu qədərdir.Anlayışınız üçün təşəkkürlər